AZ

“Maklaren”in pilotları Las-Veqas Qran-Prisindən sonra diskvalifikasiya olundu

26 yaşlı britaniyalı Formula-1 pilotu Lando Norris və onun 24 yaşlı avstraliyalı komandadaşı Oskar Piastri “Maklaren” komandasının avtomobillərində slayd plakasının normadan artıq aşınması səbəbindən Las-Veqas Qran-Prisindən sonra diskvalifikasiya ediliblər.

90deqiqe.Az-ın məlumatına görə, bu qərar Beynəlxalq Avtomobil Federasiyası (FIA) və stüardların yoxlamalarından sonra qəbul olunub.

Yoxlamalar zamanı bolidlərin altındakı platalar yoxlanılıb və Joe Bauer-in rəyinə görə, plataların qalınlığı 9 mm-dən az olub, bu isə qaydalara ziddir.

Diskvalifikasiya nəticəsində şəxsi hesabda vəziyyət belədir:

Lando Norris («Maklaren») — 390 xal

Oskar Piastri («Maklaren») — 366 xal

Maks Ferstappen («Red Bull») — 366 xal

Komanda üçün çətin anlar yaradacaq bu qərar, mövsümün sonlarına yaxın mübarizəyə təsir göstərə bilər.

Seçilən
46
90deqiqe.az

1Mənbələr