AZ

Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və muzeyə keçid körpü təmir ediləcək

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndində yerləşən xatirə muzeyinin və muzeyə keçid körpüsünün təmiri ilə bağlı Mədəniyyət Nazirliyinə edilən müraciətə cavab ünvanlanıb.

APA xəbər verir ki, 31 oktyabr tarixində ünvanlanan müraciətə Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən muzeyin binasına və ətraf əraziyə texniki baxış keçirilib. Baxış zamanı bina və ərazidə təmir və bərpa işlərinin yerinə yetirilməsi, səkilərin yenidən qurulması, piyada körpüsünün yenidən inşa edilməsi, Tıxlı çayının məcrasının təmizlənməsi, sahil bərkidilmə işlərinin aparılması və yerüstü suların idarə olunması üçün hazırlanacaq layihə sənədləri əsasında sözügedən işlərin yerinə yetirilməsinin zəruriliyi müəyyən edilib.

Mədəniyyət Nazirliyi tərəfindən M.Müşfiq Muzeyinin binasında və ətraf ərazidə təmir işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
10
apa.az

10Mənbələr