AZ

Siyasət pandalara da təsir etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı vəziyyət fonunda verdiyi bəyanatdan sonra Yaponiya Çinlə münasibətlərin pisləşməsi səbəbindən Tokio zooparkındakı pandaları itirmək təhlükəsi ilə üzləşib.

Publika.az “Kyodo” xəbər agentliyinə istinadla xəbər verir ki Tokio zooparkında hazırda iki nəhəng panda - Xiao Xiao və Lei Lei yaşayır. Lakin onların Tokio zooparkında qalması ilə bağlı müqavilə 2026-cı ilin fevralında başa çatır. Pandalar Yaponiyada bu növün yeganə nümayəndələridir. Onların Çinə qaytarılması planlaşdırılır.

Zooparkın işçiləri və ziyarətçiləri pandaların Yaponiyanı tərk edə biləcəyindən ehtiyat edərək, artan siyasi gərginlikdən narahat olduqlarını bildirirlər. Yaponiya-Çin Dostluq Assosiasiyasının rəhbəri Yukinori Yokomi pandaların ölkələr arasında “sülh elçiləri” olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, mövcud vəziyyət heyvanların mübadiləsinə xələl gətirmədən aradan qaldırıla bilər.

Seçilən
100
3
publika.az

4Mənbələr