
İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyruta hava hücumu həyata keçirdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” ordunun mətbuat xidmətinə istinadən yayıb.
Məlumata görə, zərbənin əsas hədəfi “Hizbullah” təşkilatının rəhbər şəxslərindən biri – Haytam Əli Tabatabayi olub.
Baş nazir Binyamin Netanyahunun ofisi də əməliyyatı təsdiqləyib. Bildirilib ki, İsrail ordusu son günlərdə Beyrutun mərkəzində “Hizbullah”ın hərbi potensialının gücləndirilməsi və silahlanmanın idarə olunmasına cavabdeh olan rəhbər şəxsi hədəfə alıb.