Yenicag.az xəbər verir ki, bu sözləri “İctimai” TV-yə açıqlamasında Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov deyib. O bildirib ki, 2003-cü ildən “Loft Restoranı”nı və “Loft Dent” klinikasını icarəyə verib.
“Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib”.