"Fənərbağça" Türkiyə Superliqasının kritik turunda "Çaykur Rizespor" səfərində inanılmaz bir geridönüşə imza atıb.

Offsideplus.az xəbər verir ki, sarı-lacivərtli komanda oyunun əvvəllərində buraxdığı iki qol sonrası 2:0 geridə olsa da, oyunu 5:2 hesabı ilə qalib başa vuraraq çempionluq yarışında mühüm üstünlük əldə edib.

Görüşün ilk dəqiqələrində müdafiə səhvləri "Fənərbağça"nın iki qol buraxmasına səbəb oldu. Lakin texniki heyətin vaxtında müdaxilələri və komandanın oyunun ritmini artırması oyunun axarını dəyişdi.

İkinci hissənin əvvəlində gələn qol komandanı yenidən oyuna qaytardı. Ardınca artırılan təzyiq və hücum xəttinin üstün performansı peş peşe qolların vurulmasına şərait yaratdı. "Rizespor" müdafiəsi sarı-lacivərtlilərin sürətli hücumları qarşısında çarəsiz qaldı.