AZ

İsko yeni müqavilə imzaladı

“Betis”in kapitanı İsko klubla yeni müqavilə imzalayıb. Msport.az xəbər verir ki, o, 2028-ci ilin yayına kimi Sevilya təmsilçisində çıxış edəcək.

“Valensiya”nın yetirməsi olan yarımmüdafiəçi bu komandadan başqa, “Malaqa”, “Real” və “Sevilya”da da çıxış edib.

O, 2023-cü ildən “Betis”in formasını geyinir. 33 yaşlı futbolçu “Betis”in heyətində 69 oyunda 21 qol vurub və 18 məhsuldar ötürmə verib.

 

Seçilən
29
msport.az

1Mənbələr