AZ

Yanğın baş verən binada təxliyə qapısının bağlı olması iddiasına RƏSMİ CAVAB - VİDEO

Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı bəzi detallar gün üzünə çıxıb.

 

Xüsusilə, yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə aid qapının binanın təxliyə qapısı kimi qələmə verilməsi və onun bağlı olması ictimaiyyətdə çaşqınlıq yaradıb.

 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev REAL TV-yə açıqlama verib:

 

"Sözügedən qapı müvafiq texniki sənədlərdə, qeyri-yaşayış sahəsinə aid texniki pasportda həmin sahəyə aid qapı kimi təsbit olunub. Bununla yanaşı, bildirmək istərdim ki, tikinti norma və qaydalarının, yəni yaşayış binalarının layihələndirilməsinin normaları AZDTN 2.7-2-nin tələblərinə əsasən də qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni göründüyü kimi həmin qapı, təxliyə qapısı hesab olunmur və həmin qapının bağlı olması təhlükəsizlik baxımından tikinti normalarının tələblərinə əsasən yaşayışın qeyri-yaşayışdan təcrid olması tələbini formalaşdırır", - deyə o bildirib.

 

Daha ətraflı videomaterialda:

 

Tarix: 24 Noyabr 2025, 01:21   
Seçilən
116
2
pravda.az

10Mənbələr