“Nottingem Forest”in müdafiəçisi Murilyo karyerasını İngiltərə Premyer Liqasının başqa bir klubunda davam etdirə bilər.
Publika.az xəbər verir ki, “Caught Offside”-ın məlumatına görə, 23 yaşlı oyunçuya Londonun “Arsenal” və “Çelsi”klubları maraq göstərir. “Meşəbəyilər” isə braziliyalı futbolçu ilə 80-90 milyon avroya vidalaşmağa hazırdır.
Murillonun “Nottingem”lə müqaviləsi 2029-cu ilin yayında başa çatır. Braziliyalı müdafiəçi cari mövsümdə 12 oyunda iştirak edib və bir qol vurub. “Transfermarkt” onun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.