AZ

Fransa Prezidenti könüllü hərbi xidmətin tətbiqini elan edə bilər

BAKI, 24 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron noyabrın 27-də ölkədə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

“Layihə bir neçə aydır qlobal təhlükəsizliklə bağlı artan qeyri-müəyyənlik və gərginlik kontekstində nəzərdən keçirilir”, - Fransa lideri deyib.

Qəzetin yazdığına görə, artıq bir neçə aydır qərar üzərində iş gedir. Könüllü xidmətin tətbiqinin noyabrın 27-də elan ediləcəyi barədə hələlik rəsmi təsdiq yoxdur.

Fransa Silahlı Qüvvələr Nazirliyi mümkün proqramın müddəti və dəyəri, eləcə də iştirakçıların sayı ilə bağlı təfərrüatları şərh etməkdən imtina edib.

Qəzetin mənbələrinə görə, işə qəbul hədəfi ildə 10-50 min nəfər arasındadır. Fransa mediası bildirir ki, bu cür xidmət 10 aya qədər davam edə bilər, kompensasiya bir neçə yüz avro təşkil edir.

Seçilən
87
teleqraf.com

1Mənbələr