Həkimlərin sözlərinə görə, nar suyunun çox içilməsi mədə turşuluğunu artıra, həzm sistemində narahatlıq yarada və qan təzyiqini aşağı sala bilər. Buna görə də, ürək-damar xəstəlikləri və aşağı təzyiq problemi yaşayan şəxslər içkini həkim məsləhəti ilə qəbul etməlidirlər.
Mütəxəssislər nar suyunun faydalarını inkar etmirlər, lakin gündə yarım stəkanın kifayət etdiyini, daha çox miqdarın isə orqanizmdə yük yarada biləcəyini bildirirlər.