AZ

Məşhur baş məşqçinin "Neftçi"yə keçidi mümkün deyil - SƏBƏB

BAKI, 24 noyabr. TELEQRAF

Samir Abasovun "Neftçi"dən ayrılmasından sonra paytaxt təmsilçisinin sükanı arxasına Yuri Vernidubun keçəcəyi ilə bağlı şayiələr yayılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bu təyinatın gerçəkləşməsi qeyri-mümkündür.

Belə ki, Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. 59 yaşlı Vernidub da məhz bu səbəbdən daha öncə Bolqarıstan, Polşa və Qazaxıstan klublarından aldığı təklifi qəbul edə bilməyib.

Qeyd edək ki, Yuri Vernidubun 60 yaşı gələn ilin 22-də tamam olacaq. O, daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub.

Seçilən
26
teleqraf.com

1Mənbələr