AZ

“AFEN Plaza”da partlayış bu səbəbdən baş verib

“Afen Plaza”da partlayış ərazidəki qaz sızması nəticəsində baş verib.

Teleqraf xəbər verir ki, bunu binanın sahibi Əbülfəz Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təmir gedən ərazidə, torpağın altında qaz sızması baş verib, binada qaz sızması olmayıb.

“Hazırda burada olmaq belə təhlükəlidir”, – o əlavə edib.

Məlumat verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

AzPost.az

Seçilən
68
37
azpost.info

10Mənbələr