AZ

Qazsızmadan partlayan plazanın qarısındakı yolu AAYDA çəkirmiş

Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzinin qarşısındakı yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təmir işləri aparırmış.

Bunu Tribuna-a açıqlamasında AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib. O qeyd edib ki, sözügedən ərazidə təmir işləri AAYDA tərəfindən həyata keçirilir.
Agentlik sözçüsü partlaşıya səbəb kimi yeni salınan yolda çəkilən qaz xəttində zədələnmənin olub-olmaması barədə məlumatının olmadığını bildirdi.

Qeyd edək ki, Qafqazinfo-ya açıqlama verən partlayışın baş verdiyi “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev hesab edir ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur.
Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

Nigar İxtiyarqızı

Seçilən
76
tribunainfo.az

1Mənbələr