Ağdam rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasından sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev YAP üzvləri olan şəhid ailələri ilə birlikdə şəhid Sarvan Göyüşovun ailəsini ziyarət etmiş, qayğıları ilə maraqlanmışlar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevə və Birinci Vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər