AZ

WP: Tramp Ukrayna planının detalları ilə dərindən maraqlanmır...

ABŞ rəsmisi: Ona deyirlər ki, mən razılaşma əldə etməyə çalışacağam, o da deyir ki, olsun..

Poliqon xəbər verir ki, The Washington Post ABŞ administrasiyasındakı yüksək səviyyəli, adının açıqlanmasını istəməyən rəsmiyə istinadən yazır ki, prezident Donald Tramp Ukrayna üzrə sülh planının məzmununa və detallarına demək olar ki, müdaxilə etmir. Mənbənin sözlərinə görə, Tramp prosesə yalnız ümumi siyasi çərçivədə yanaşır və qərarların xüsusi mexanizmlərinə qarışmır.

Rəsmi bildirib ki, Trampın mövqeyi çox sadədir: ətrafındakı şəxslər ona “mən razılaşma əldə etməyə çalışacağam” deyəndə, o, “əla, görək nə etmək mümkündür” cavabını verir. ABŞ rəsmisinin sitatı bir daha göstərir ki, planın hazırlanmasında əsas işi administrasiyanın başqa nümayəndələri görür və Tramp daha çox yekun nəticəyə fokuslanır.

WP-nin analitiklərinə görə, bu yanaşma Trampın son aylarda MoskvaKiyevlə bağlı qərarların qəbulunda məhdud şəxsi iştirakını, eyni zamanda, çevik və dəyişkən mövqeyini əks etdirir. Mənbələr qeyd edir ki, prezident sülh planının bütün detallarını oxumur, lakin öz komandasına hər hansı nəticə əldə olunmasını tapşırır.

Bu, Tramp administrasiyasının Rusiya və Ukrayna ilə davam edən intensiv danışıqlar fonunda Vaşinqtonun hansı istiqamətdə hərəkət etdiyini anlamaq baxımından mühüm siqnal hesab olunur. Ekspertlər bildirirlər ki, prezidentin detal baxımından passiv mövqeyi həm prosesi sürətləndirə, həm də qeyri-müəyyənliklər yarada bilər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr