AZ

Hikmət Hacıyev Bakıda bizə bunu qadağan etmədi Sultanyan

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanlıların Ermənistana səfəri zamanı da girovlarla (?) bağlı məsələ müzakirə edilib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni vətəndaş cəmiyyəti nümayəndəsi Naira Sultanyan deyib.

Onun sözlərinə görə, bu məsələ həmçinin Hikmət Hacıyevlə görüşdə də gündəmə gətirilib və məsələnin müzakirəsinə məhdudiyyət qoyulmayıb.

Qeyd edək ki, H.Hacıyev daha əvvəl günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışlarının qəbuledilməz olduğunu demişdi.

Rəsmi Bakı Azərbaycanda erməni əsir və girovların olmadığını daha əvvəl dəfələrlə bəyan edib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
globalinfo.az

2Mənbələr