AZ

Məşhur hind aktyoru Dharmendra vəfat edib

Hindistanın tanınmış aktyoru Dharmendra Deol 90 yaşında vəfat edib.

Bu barədə Hindustan mətbuatı məlumat yayıb.

Bildirilib ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı onu “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmlərindən tanıyır.

Seçilən
25
16
anspress.com

10Mənbələr