AZ

Tramp: “Müsəlman qardaşları”nı terror təşkilatı elan edəcəyik

“Müsəlman qardaşları”nı da (İxvan) terror təşkilatı elan edəcəyik.

Ölkə.az xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.

"Bu, ən güclü və ən təsirli şəkildə ediləcək. Yekun sənədlər hazırlanır", - Tramp qeyd edib.

Nümayəndələr Palatasında və Senatda respublikaçılar, eləcə də bəzi Demokratlar uzun müddətdir ki, “Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınmasını tələb edirlər.

ABŞ dövlət katibi Marko Rubio hələ avqust ayında “Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınması istiqiamətində hazırlıqların getdiyni bildirib.

Qeyd edək ki, bəzi müsəlman ölkələrində, xüsusən də Misir və İordaniya “Müsəlman qardaşları”nın fəaliyyəti qadağan edilib, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyndə isə onu terror təşkilatı kimi tanıyıblar.

Mürtəza

Seçilən
61
1
olke.az

2Mənbələr