GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sosial şəbəkədə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə noyabrın 24-də məktəbin 10-cu sinif şagirdinin sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bildirilib.
Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Açıqlamada qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Sağlam psixoloji mühitin bərpası, şagirdlər arasında qarşılıqlı hörmətin gücləndirilməsi və stresin düzgün idarə olunması ilə bağlı həm şagirdlərlə, həm də pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması məktəb rəhbərliyinə tapşırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.