Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən bina sakinləri kompensasiya tələb edirlər.
“Yeni Sabah” xəbər verir ki, bunu orada yaşayan hərbi jurnalist Heydər Mirzə bildirib.
O qeyd edib ki, bina sakinlərinin bir neçə tələbi var:
“Adam hər yerdə demirdi ki, “pulla hər şeyi həll edir”? Deməli belə.
Birincisi, bina sakinləri binanın yaşayışa yararlılığı bərpa olunana qədər Yasamal rayonunda kirayə ilə təmin olunmalıdır. Ağdamda deyil. Masazırda deyil. Elmlərlə İnşaatçıların arasında. Təxminən 90 ailə. Təxminən ayda 100 000 AZN. Gəl indi həll elə pulla. İndi. Bu saat yəni…
İkincisi, öz gücümüzlə müəyyən şeyləri artıq edirik (təmizıik, və s). Bütün bunların xərci manatına kimi təqdim olunacaq müvafiq orqanlara. Maddi təzminat üçün.
Üçüncüsü, mənəvi təzminat məsələsi hələ qabaqdadır. Camaat hələ əzizini yeni torpağa tapşırıb. Hələ də reanimasiyada olanlar var. İlk söz onların olacaq.
Dördüncüsü, binamızın sakinləri dərin fəlsəfi, siyasi, və s. çıxarışlar etmək, söhbəti fərqli və hamımızın ziyanına olan istiqamətlərə fırlatmaqdan uzaqdır. Biz haqqımızı tələb edirik. Cinayətkardan… Vəssalam. Küçədə qalmaq istəmirik sadəcə.
Beşincisi, təxribatçılara. Mən trol nəsilləri yetişdirmişəm. Trol doğuşu qəbul etmişəm. Trol toyunda keşiş olub xeyir dua vermişəm. Trol fabrikalarına trol istehsalatı xəttləri qurmuşam. Uzaq durun. Siz nəsə yazanda, mən söhbətin 12 şərhdən sonra hara gələcəyini bilirəm. Mənimlə deyil. Arada insan ölümü var. Ailələrin hisslərini öz marağınızda istifadə etməyin”.
Telegram kanalımız