AZ

“Suriyanın ərazi bütövlüyü Türkiyə üçün əsasdır” - Ərdoğan

“Suriyanın ərazi bütövlüyü Türkiyə üçün əsasdır”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

O bildirib ki, Suriyanın taleyini Suriya xalqı həll edəcək:

“Suriyadakı ən kiçik qarışıqlığın və qeyri-sabitliyin belə ağır qiymət yarada biləcəyini ən yaxşı anlayan ölkə Türkiyədir. Ölkəmizin milli təhlükəsizliyi və əmin-amanlığı ilə bağlı əvvəllər atdığımız addımları hamı bilir. Biz bir daha oxşar təhlükə ilə üzləşmək istəmirik, lakin üz tutsaq, lazım olanı edəcəyik. Mən həmişə demişəm ki, bizim heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz Suriya, İraq və Livan başda olmaqla, regionumuzun hər qarışında sülh, əmin-amanlıq və təhlükəsizlik istəyirik”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr