AZ

Adnan Əhmədzadənin “İstanbul ocağı”: Xaricdəki “söyüş blogerlərinə” gizli maliyyə belə ötürülüb SENSASİON

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər xaricdə məskunlaşmış və “söyüş blogerləri” kimi tanınan Tural Sadıqlının, Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftəsonu videomüraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları “Azad Söz” və “Made in Azerbaijan” səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər.

T.Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən az 3 min avro vəsait lazımdır. M.Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq, əks halda, bu işi indən sonra aparmaq mümkün olmayacaq.

Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu, oyundur, əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər.

Tural Sadıqlı

Amma əsas versiyaya görə, xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başladıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib.

Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. R.Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə – xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək.

Məhəmməd Mirzəli

Globalinfo.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, xaricdəki blogerlərin əsas sponsoru SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqda yalan-doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. A.Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbəmizin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı (“İstanbul ocağı”)  olub və pullar ordan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub.

Deyilənə görə, Adnan Əhmədzadənin izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə “ifşaedici” məlumatlar ötürürmüş. Bununla da rəy yaratmağa nail olub ki, bu şəbəkənin hədəfindədir.

Yəqin ki, istintaq bu detalları araşdıracaq və həqiqət tam olaraq ortaya çıxacaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
12
globalinfo.az

10Mənbələr