BAKI, 24 noyabr. TELEQRAF
Noyabrın 27-də Bişkekdə Qırğızıstanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurasının növbəti sessiyası keçiriləcək.
Teleqraf xəbər verir ki, sessiyada cari təhlükəsizlik məsələləri üzrə üzv dövlətlərin vahid mövqelərini əks etdirən bəyannamənin qəbul edilməsi və 2026-2029-cu illər üçün KTMT baş katibi namizədliyinə baxılması planlaşdırılır.
Bundan əlavə, Rusiya təşkilata sədrliyin 222-ci ilində prioritetlərini təqdim edəcək.