AZ

Fransa könüllüləri orduya çağırır Yeni strategiya

ain.az bildirir, Axar.az portalına istinadən.

Fransanın təhlükəsizlik siyasətində əhəmiyyətli dəyişiklik hazırladığı bildirilir. Fransa Prezidenti Emmanuel Makron bir neçə gün ərzində könüllü hərbi xidmətlə bağlı qərarını açıqlaya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzeti məlumat verib.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Avropada artan müharibə ritorikasına görə düşündüyü 10 aylıq ödənişli və könüllü hərbi xidmətlə bağlı qərarını noyabrın 27-də keçirəcəyi iclasda açıqlamağa hazırlaşır. Yeni sistemlə hər il 10-50 min gəncin orduya qatılacağı gözlənilir.

Ölkənnin 2025-ci il Milli Strategiya hesabatına görə, hazırda Fransa ordusunda 200.000 həqiqi hərbi qulluqçu və 47.000 ehtiyat əsgər olduğu halda, 2030-cu ildə bu rəqəmlərin müvafiq olaraq 210.000 və 80.000-ə çatdırılması hədəflənir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
axar.az

1Mənbələr