AZ

Parkda SSRİ bayrağı qaldırdılar: Təsadüfi deyil... - VİDEO

Bir qrup azərbaycanlının parkların birində SSRİ bayrağı qaldırması sosial şəbəkədə kəskin etiraza səbəb olub. 

Ölkə.az xəbər verir ki, vətəndaşlar bu görüntüləri Sitat.info-ya göndəriblər. Araşdırma zamanı bəlli olub ki, bu video tiktokda paylaşılıb. 

Tiktok sosial şəbəkəsində "Susmayan Sosialist" adlı səhifədə paylaşılan görüntülərin harada çəkilməsi bəll deyil. 

Görüntülərdən bəlli olur ki, bir neçə azərbaycanlının SSRİ bayrağı bayrağı qaldırıb, videonun altında isə  "Azərbaycan proletariatı, birləşin" yazılıb. Ölkəmizdə "5-ci kolon"un tör-töküntülərinin təmizləndiyi bir vaxtda belə bir səhifənin yaranması, SSRİ təbliğatı aparması təsadüfi deyil. 

Videoya yazılan şərhlərdə istifadəçilər "Bizim bir bayrağımız var, o da üçrəngli Azərbaycan bayrağı", "Bu hərəkətiniz şəhidlərimizin ruhuna xəyanətdir", "Öz dövlətim, öz bayrağım! Yaşasın müstəqil Azərbaycan" kimi şərhlər yazaraq, müstəqil dövlət olmağın hər şeydən dəyərli olduğunu qeyd ediblər. 

Həmin videonu təqdim edirik. 

Seçilən
71
3
olke.az

4Mənbələr