“Kızılcık şerbeti” serialında “Fatih” obrazını canlandıran Doğukan Güngör son günlər aktyor heyətində baş verən ayrılıqlar və bunun ardınca yayılan müzakirələrlə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Güngör çəkiliş meydançasının peşə mühiti olduğunu vurğulayaraq bunları qeyd edib:
“Çəkiliş meydançası bizim iş yerimizdir, şərəfimizdir, namusumuzdur. Ona görə də çəkiliş meydançası ilə bağlı danışmağa gələn və ya gedənləri doğru hesab etmirəm”.
Aktyor bildirib ki, serial komandası olaraq işlərini hörmət çərçivəsində davam etdirməyə çalışırlar.
Könül
Musavat.com