AZ

Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT

Noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının yanmasına səbəb olduğu iddia edilən "Loft" restoranın havalandırma sistemi düzgün quraşdırılmayıbmış.

Modern.az xəbər verir ki, bu, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin bina sakininin müraciətinə cavabında qeyd olunub.

"Sizin tərəfinizdən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 zəng mərkəzinə ünvanlanmış və baxılması üçün Dövlət Yanğın Nəzarəti Xidmətində 08.01.2024-cü il tarixli 3-18-5/1-58/2024 nömrəli müraciəti tərəfimizdən araşdırılıb. Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən "Loft" adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib", - deyə sənəddə qeyd olunub.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə tüstüdən zəhərlənib. Bina sakinlərinin iddiasına görə, "Loft"un rəhbərliyi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb.

Restoranın yerləşdiyi obyektin sahibi isə sakinlərin iddasını əsassız adlandırıb. (Mənbə: oxu.az)

1480320

Seçilən
14
1
modern.az

2Mənbələr