AZ

Eyyub Kərimli: "Zəngəzur dəhlizi türk dünyasını iqtisadi və siyasi baxımdan birləşdirən əsas strateji xəttdir"

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda Zəngəzur dəhlizi əsas müzakirə mövzularından biri olub.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, bu dəhliz türk dünyasını vahid iqtisadi və siyasi məkanda birləşdirəcək əsas faktor kimi qiymətləndirilir. Onun sözlərinə görə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər Orta Asiya dövlətləri Zəngəzur dəhlizinə ciddi maraq göstərir. Bu marağın səbəbi yalnız iqtisadi üstünlüklər deyil, həm də regionun siyasi inteqrasiyasının güclənməsidir. Dəhliz türk dövlətləri arasında güclü iqtisadi birlik, nəqliyyat bağlantısı, Avropaya və Çinə çıxış imkanları yaradır ki, bu da gələcəkdə böyük siyasi-maliyyə ittifaqının formalaşmasına şərait yarada bilər:

"Bu prosesdə QHT-lərin üzərinə mühüm vəzifələr düşür. Sovet dövrünün yaratdığı mədəni və ictimai boşluqları doldurmaq üçün vətəndaş cəmiyyəti institutları geniş təcrübə mübadiləsi aparmalı, tarixi-mədəni inteqrasiyanı gücləndirməlidir. Azərbaycan QHT-lərinin təcrübəsi isə türkdilli dövlətlər üçün faydalı model ola bilər. TDT QHT Forumu həm dövlətlərarası, həm də cəmiyyətlərarası əməkdaşlığın yeni mərhələsini açır və qardaş xalqlar arasında sosial, mədəni və iqtisadi inteqrasiyanı daha da möhkəmləndirəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
29
qht.az

1Mənbələr