AZ

"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirilib

"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-16 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə komandaların üzvlərinə oyun qaydaları, danışılmış qarşılaşmalara qarşı mübarizə, irqçiliyə qarşı mübarizə və antidopinq qaydaları haqda məlumat verilib.

Oyun qaydaları ilə bağlı "Neftçi" Futbol Akademiyasının koordinatoru Namik Adilov, danışılmış matçlara qarşı mübarizə mövzusunda "Palms Sports Arena"nın meneceri Hikmət Məmmədov, irqçiliyə qarşı mübarizə mövzusunda isə koorporativ sosial məsuliyyət üzrə menecer Rüstəm Nəcəfov danışıb.

Akademiyanın həkimi Rövşən Rəsulov antidopinq qaydaları haqda məlumat verib.

"Qarabağ" “Napoli” ilə oyundan öncə azarkeşlərinə müraciət edib

Günün oyunları bu kanallarda

II Liqada X turun növbəti oyunları keçiriləcək

AFFA rəsmisi "Qalatasaray" – "Union" görüşünə təyinat alıb

"Turan Tovuz" Azərbaycan çempionatında yubiley qolunu vurub

Seçilən
33
8
apasport.az

9Mənbələr