AZ

Zaqatalada 5 ailənin yaşadığı binada yanğın oldu

Zaqatalada 5 ailənin yaşadığı binada yanğın olub.

NOCOMMENT.azın qərb bürosu xəbər verir ki, Günorta saatlarında rayonun Qazangül qəsəbəsində 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kv/m olan birmərtəbəli binada yanğın baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində beş ailənin yaşığı binanın tam yanmasının qarşısı dərhal alınıb. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kv/m -lik sahədə yanıb. Yanğın binanın daxilində yaşayan Xuraman Qocayevaya məxsus ümumi sahəsi 130 kv/m olan 4 otaqlı evin mətbəxtinin yanar konstruksiyaları və tavanı 12 kv/m sahədə yanıb.

Xuraman Qocayevanın verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi bilinməyən səbəbdən yanıb. Yanğın baş verən binada 4 otaqlı evi yeniliklə alıblar və evə 10 gün əvvəl köçüblər.Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
71
3
nocomment.az

4Mənbələr