AZ

Belçika lənəti bitə bilər – "Qalatasaray" 8 oyundur fəth edə bilmədiyi hədəfə yaxınlaşır

“Qalatasaray” Çempionlar Liqasının liqa mərhələsində bu həftə Belçika "Yunion"u ilə qarşılaşacaq. Bu matç “sarı-qırmızılar” üçün həm klub tarixi, həm də statistik baxımdan xüsusi əhəmiyyət daşıyır.

Fanat.Az xəbər verir ki, “Cim-Bom” bu görüşdə qələbə qazandığı təqdirdə klub tarixində ilk dəfə ardıcıl 4 dəfə Çempionlar Liqası matçında qalib gəlmiş olacaq. Komandanın indiyədək turnirdə belə bir seriyası olmayıb və qarşıdakı oyun bunu reallaşdırmaq üçün ən ciddi şanslardan biridir.

Bundan əlavə, matç “Qalatasaray” üçün başqa bir tarixi ilkə də çevrilə bilər. Belə ki, İstanbul nəhəngi rəsmi UEFA turnirlərində indiyədək heç vaxt Belçika təmsilçisini məğlub etməyib. "Yunion" üzərində qazanılacaq mümkün qələbə bu mənfi seriyaya da son qoyacaq.

"Qalatasaray"ın Belçika klublarına qarşı statistikası:

  • 8 matç
  • 0 qələbə
  • 4 məğlubiyyət
  • 4 heç-heçə

Kamil Xudiyev

 

Seçilən
39
1
fanat.az

2Mənbələr