AZ

Azərbaycanda bu reabilitasiya mərkəzləri TƏMİR OLUNACAQ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ölkənin müxtəlif bölgələrində yerləşən reabilitasiya mərkəzlərinin infrastrukturunun yenilənməsi məqsədilə ardıcıl olaraq yeni tenderlər elan edib.

Far.Az-in məlumatına görə, təmir işləri Lənkəran, Yevlax, Şirvan və Naftalan Reabilitasiya Mərkəzlərinin inzibati binalarında aparılacaq.

Layihənin ümumi ehtimal olunan dəyəri 200 min manata yaxın olacaq. Təmir çərçivəsində divar kağızlarının sökülməsi, fasad və tavan səthlərində köhnə boya qatlarının təmizlənməsi, nəmişlikdən zədələnmiş hissələrin bərpası, eləcə də mərkəzlərin müəyyən otaqlarında plastik qapıların sökülməsi nəzərdə tutulur.

Həyata keçiriləcək təmir və bərpa işləri reabilitasiya mərkəzlərində daha müasir və təhlükəsiz iş şəraitinin yaradılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən tibbi-sosial xidmətlərin yaxşılaşdırılmasına xidmət edəcək.

Seçilən
39
50
far.az

10Mənbələr