AZ

Vətəndaşların NƏZƏRİNƏ: Bu bankların bağlanma ehtimalı var

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycanda hələ hansısa bankın bağlanması ilə bağlı rəsmi məlumat yoxdur və yaxın vaxtlarda da bu barədə gözlənilən xəbər yoxdur. Son illərdə ölkədə bankların sayı xeyli azalıb və bir neçə bankın bağlanmasını müşahidə etmişik. Lakin hər halda bankların bağlanması sistem üçün müsbət hal sayılmır və müəyyən dalğalanmalara səbəb ola bilər".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.O, bildirib ki, əvvəlki dövrlərdə də bank bağlanmaları zamanı bank sisteminə olan etibarın sarsılması müşahidə olunmuşdu:"Buna görə rəsmi açıqlama yoxdursa, hansısa bankların bağlanacağı barədə məlumatların yayılması onların maliyyə vəziyyətini daha da ağırlaşdırır. İctimaiyyətin mediadan və sosial şəbəkələrdən belə məlumatlar alması, vətəndaşların depozitlərini çıxarmağa çalışması nəticəsində bankların iflas riski artır. Bu, xüsusilə kiçik banklar üçün ciddi təhlükə yarada bilər".Ekspert bildirib ki, ona görə də Mərkəzi Bank bu prosesi əvvəlki illərdə olduğu kimi idarə etməli, ictimaiyyəti məlumatlandırmalı, amma panika yaratmamalıdır:"Bu yanaşma bank sisteminin sabitliyinin qorunması üçün vacibdir".Qeyd edək ki, Bank BTB (50.855), AFB Bank (75.323), Avrasiya Bank (90.261). Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
demokrat.az

1Mənbələr