AZ

Xamenei təhlükədə: İranda xəbərdarlıq edildi İnanılmaz sui qəsd planı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib xarici düşmənlərin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı sui-qəsd və ya hücum hazırladığını bildirib. Nazir qeyd edib ki, məqsəd ölkədə qeyri-sabit vəziyyət yaratmaqdır.

İsraillə 12 günlük müharibə zamanı da Xameneinin hədəfə alınacağı barədə məlumatlar tez-tez yayılırdı.

İran hökumətinə təzyiqlər fonunda ali rəhbərə sui-qəsdin baş tutması nə dərəcədə mümkündür? Xətibin açıqlaması nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran hazırda geosiyasi mövqelərini möhkəmləndirmək üçün yeni addımlar atmağa çalışır:

“İran öz hərbi arsenalını yeniləyir və daxildə əks-kəşfiyyat tədbirlərini gücləndirir. Hazırda ABŞ-la nüvə danışıqları ilə bağlı ciddi fikir ayrılıqları davam edir. İsrail isə İranda baş verənləri çox yaxından izləyir. Tehran rəhbərliyi daxili sabitliyi qorumaq üçün müəyyən addımlar atmağa məcburdur. Qeyd edim ki, İranın Ali Lideri Əli Xamenei Qərblə aparılan danışıqlarda maraqlı deyil.

12 günlük müharibədə Xameneinin öldürülməməsi İran üçün problemlərin diplomatik həlli baxımından yeni bir şans yaratmışdı Amma Tehran bundan sonra yenidən əvvəlki sərt mövqeyinə qayıtdı. Hazırda İran kəşfiyyatının Xameneiyə qarşı sui-qəsd ehtimalı barədə açıqlama verməsi təsadüfi deyil. İlk növbədə onu aradan götürə biləcək qüvvələr məhz daxildədir. Çünki İranın siyasi elitası daxilində ciddi fikir ayrılıqları mövcuddur”.

Məhəmməd Əsədullazadə

Politoloqun sözlərinə görə, bu sui-qəsd iddialarının ABŞ və İsrailin üzərinə atılması ehtimalı da yüksəkdir:

“Görünür ki, müəyyən siyasi qruplar məsuliyyəti xarici düşmənlərin üzərinə yükləməklə vəziyyəti idarə etməyə çalışır. Əli Xamenei mövcud vəziyyəti saxlamaq üçün hələlik əsas fiqurdur. Amma İranda islahatlar qaçılmazdır və bu səbəbdən daxili siyasi sistemdə ciddi təlatümlər hökm sürür”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
2
globalinfo.az

3Mənbələr