AZ

Tabutdan səs gəldi, qadın xilas edildi ŞOK

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaşlı qadının müalicə altına alındığı qeyd edilib       

 Tailandda həyatını itirdiyi güman edilən və yaxınları tərəfindən dəfn mərasimi üçün məbədə gətirilən 65 yaşlı qadının sağ olduğu, tabutdan gələn səslər sayəsində məlum olub.

Sherg.az xəbər verir ki,  “Bangkok Post” qəzetinin xəbərinə görə, 65 yaşlı qadının qardaşı bildirib ki, bir gecə əvvəl yerli rəsmilər onun həyatını itirdiyini bildirdikdə, zəruri sənədlər hazırlanıb və yaşlı qadını tabutla Budist məbədinə gətiriblər.

Məbəd rəsmilərindən Pairat Soodthoop “Associated Press”-ə (AP) açıqlamasında qeyd edib ki, qadının qardaşı əvvəlcə qadının orqanlarını bağışladığı xəstəxanaya gedib, lakin xəstəxana rəsmi ölüm sənədi olmadığı üçün bağışı qəbul etməyib.

Pairat bildirib ki, ölüm sənədi olmadığı üçün məbəd daxilində mərasim də keçirilə bilməzdi və sənədin alınması prosesi izah edilərkən tabutdan səslər eşidilib. Məbəd işçiləri tabutu açdıqda yaşlı qadının hərəkət etdiyini, sağ olduğu məlum olduqda xəstəxanaya aparılıb.

Xəstəxanadan verilən açıqlamada qadının ürək tutması və ya tənəffüs çatışmazlığı kimi simptomlar göstərmədiyi, lakin şiddətli hipoglisemiya diaqnozu qoyulduğu bildirilib. Yaşlı qadının müalicə altına alındığı qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
sherg.az

1Mənbələr