AZ

Partlayış vaxtı binada olan gəncin anası -“Əşyaları qan içində idi, özü isə reanimasiyadadır”VİDEO

Partlayışdan dağılan biznes mərkəzi... Xəsarət alan insanlar... Zərər görməməmk üçün ərazini tərk edən sakinlər...

Xezerxeber.az xəbər verir ki, hadisə yerinə FHN-nin dövlət yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətlərinin, eləcə də Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Xəsarət alan şəxslərin binadan çıxarılmasına başlanılıb.

Partlayış zamanı 5 mərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb. Hadisədə obyektin içərisində olan işçilərlə bərabər ərazidən keçən şəxslərdə xəsarət alıb.

Partlayış baş verən biznes mərkəzinin sahibi iddia edib ki, hadisəyə səbəb yol kənarındakı təmir işləridir. Onun sözlərinə görə, binada qaz olmayıb. Hadisə də yeraltı qaz sızması nəticəsində baş verib.

Əbülfət Əliyev bildirib ki, sahibi olduğu biznes mərkəzinin sığortası var.

Hadisə zamanı xəsarət alan 2 nəfərin vəziyyəti ağır, digər 2-nin isə orta ağırdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr