AZ

Kosovonun paytaxtı Priştinada şəhər avtobus xidmətləri dayandırılıb.


Kosovonun paytaxtı Priştinada bələdiyyə və özəl şəhər avtobus nəqliyyatı şirkətləri ödənilməmiş hesablar səbəbindən bütün xidmətləri dayandırmaq qərarına gəliblər

Priştina Bələdiyyəsinin şəhər nəqliyyatı şirkəti olan Trafiku Urban tərəfindən verilən açıqlamada, maliyyə çətinlikləri və yanacaq çatışmazlığı səbəbindən bütün xətlərdə xidmətlərin dayandırılması qərarının verildiyi bildirilib.Bəyanatda qeyd olunur ki, ödəniş edilənə qədər avtobus xidməti bərpa olunmayacaq.

Şəhər daxilində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri tərəfindən də oxşar elanlar verilib. Şəhər nəqliyyat şirkətlərinin işçiləri səhər saatlarında Priştina Bələdiyyə binasının, daha sonra isə Kosovo hökumət binasının qarşısında toplaşaraq əmək haqqı məsələsinin həllini tələb ediblər.

Priştina meri Perparim Rama daha sonra işçilərə qoşularaq hadisəyə görə Kosovo hökumətini günahlandırıb.

Şəhər avtobus dayanacağı səbəbindən Priştinada nəqliyyatın hərəkəti daha da tıxanıb və onlarla ictimai avtobus dayanacaqlarda park edilib. Kosovoda 9 fevralda keçirilən ümumi seçkilərdən sonra yeni hökumətin formalaşdırıla bilməməsi səbəbindən, 28 dekabrda növbədənkənar ümumi seçkilər keçiriləcək.

Ölkədə aylarla davam edən siyasi böhran səbəbindən, noyabr ayının gəlməsinə baxmayaraq, Priştina bələdiyyəsinin 2025-ci il büdcəsi Kosovo Məclisində səsə qoyulmayıb. Nəticə etibarilə, bələdiyyə sözügedən şirkətlərə maliyyə dəstəyi verə bilməyib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
aia.az

1Mənbələr