AZ

"Melissa Park" sakinləri Yasamaldakı hadisənin onlarda təkrarlanacağından narahatdırlar

"Melissa Park" sakinləri Yasamaldakı hadisənin onlarda təkrarlanacağından narahatdırlar

Yasamalda yerləşən yaşayış binasında baş verən və 3 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğın böyük faciədir. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyirəm. Bu cür hadisələr təsadüf yox, illərdir qaldırılan, lakin ciddi nəzarət və tədbir görməyən problemlərin nəticəsidir.

AFN.az xəbər verir ki, bunu Ravil İsgəndərov adlı Bakı sakini bildirib. O qeyd edib ki, yaşadığı "Melissa Group"a aid "Melissa Park" yaşayış kompleksi ətrafında yaşananlar bunun bariz nümunəsidir: "Sakinlər uzun müddətdir müxtəlif təhlükəsizlik, idarəetmə və hüquq pozuntuları ilə bağlı şikayətlər edir, lakin çox zaman bu müraciətlər real nəticə vermir.

Hazırda isə Yasamal Rayon Məhkəməsində, hakim Aydan Oruclunun icraatında olan onlarla iş üzrə sakinlərin ciddi narazılığı var. Vəsatətlərin qəbul edilməməsi, sakinlərin kifayət qədər dinlənilmədiyi və qərarların "Melissa Park"ın xeyrinə verildiyindən insanlarda ədalətli və obyektiv yanaşma ilə bağlı ciddi suallar yaranır".

R.İsgəndərov qeyd edib ki, 2022-ci ildə yaşadığı ərazi üzrə millət vəkili Erkin Qədirli "Melissa Park" sakinləri ilə görüşüb onları dinləməli imiş: "Ondan dəstək almağa çalışdıq, görüş təyin olundu, lakin baş tutmadı və insanlar öz problemləri ilə tək qaldı. Bu gün Yasamalda yaşanan faciə ilə bizim illərdir üzləşdiyimiz laqeydlik arasında çox aydın bir əlaqə görünür: məsuliyyətin olmaması və insanların səsinin eşidilməməsi.

Sual açıqdır: daha neçə insan həyatını itirməlidir ki, bu problemlərə həqiqi və prinsipial yanaşılsın? Bu insanlar sadəcə sakin deyil. Bunlar ailələr, analar, atalar, övladlardır".

Seçilən
29
1
afn.az

2Mənbələr