AZ

Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz?

Xəbər verdiymiz kimi, bir neçə gün əvvələ Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İlkin məlumatlara və sakinlərin iddialarına görə, yanğının mənbəyi binanın altında fəaliyyət göstərən “Loft” restoranına aid avadanlıqlar olub.

Restoranın zirzəmi sahəsində yerləşdirildiyi deyilən texniki qurğulardan yayılan tüstünün şaxtaya keçdiyi bildirilir. Lakin restoranın rəhbəri isə bu iddiaları təkzib edir.

Son dövrlərdə paytaxtda çoxmərtəbəli binaların zirzəmilərində kafe və restoranların açılması diqqət çəkir. Belə obyektlərin binanın altına yerləşdirilməsi yanğın təhlükəsi və sakinlərin sağlamlığı baxımından risklər yarada bilər. 

Eyni zamanda, sakinlər yaşayış binalarının altında kommersiya obyektlərinin fəaliyyətindən narazılıq edirlər.

Çoxmərtəbəli yaşayış binalarının altında restoran və kafe kimi obyektlərin yerləşməsinin hüquqi əsası varmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, binanın layihəsi hazırlanarkən binaların altı ticarət obyekti kimi planlaşdırılır:

“Layihə zamanı konkret göstərilmir ki, burada restoran, xəstəxana və ya şirniyyat mağazası olacaq. Sadəcə olaraq orada qeyri-yaşayış ticarət obyekti olacaq. Xüsusi riski olan ticarət obyektləri və restoranlara yalnız rəsmi icazələrlə işıq və qaz xətləri çəkilir.

Bununla məşğul olan dövlət qurumları var. Onlar rəsmi icazələr aldıqdan sonra həmin obyektlərə su, qaz və digər xətlər verirlər. Layihədə orada nə fəaliyyət göstərəcəyi müəyyən olunmur.

Binanın altındakı obyektin kateqoriyasını fəaliyyət göstərən şəxs və ya şirkət müəyyən edir, müvafiq qurumlara müraciət edir və icazələr alır. Orada riskli kateqoriyalar siyahısı mövcuddur və hansı obyektlərin xüsusi icazə tələb etdiyi müəyyən edilir”.

Ekspert qeyd edib ki, qurumlardan icazə verilən yerlərdə fəaliyyət göstərmək mümkündür, icazə olmayan obyektlərə isə qaz və elektrik enerjisi verilmir:

“Müvafiq qurumlardan icazə alınarkən bütün risklər və vəziyyətlər nəzərdən keçirilir. İstər su, istər qaz və istərsə də işıq xətləri çəkilərkən obyektlərə xüsusi texniki şərtlər tətbiq olunur. Hər hansı risk varsa, qaz və elektrik enerjisi verilməyə bilər. Riskli sayılan kateqoriyaların fəaliyyətinə yalnız xüsusi icazə ilə icazə verilir.

Yəni binalar layihələndirilərkən altları ticarət obyekti kimi müəyyən olunur, kateqoriyalar isə sonradan icazələrlə müəyyən edilir”.

Seçilən
57
cebheinfo.az

1Mənbələr