AZ

Odessa ALOV İÇİNDƏ – PUA-larla DƏHŞƏTLİ hücum başladı – VİDEO

Ukraynanın Odessa şəhərində güclü partlayışlar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, şəhər sakinlərinin məlumatına görə, partlayış TETs (Termo-Elektrik Stansiyası) yaxınlığında baş verib.

Odessa Telegram-kanalları partlayışın güclü olduğunu və bunun nəticəsində şəhərin bir sıra ərazilərində elektrik təchizatında problemlər yarandığını bildirir.

Hadisə yerinə yerli təcili xidmətlər cəlb olunub, müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir. Şəhər rəhbərliyi və enerji şirkətləri vətəndaşları elektrik kəsintilərinə hazırlıqlı olmağa çağırıb.

Hadisənin pilotsuz uçan aparatlarla (PUA) bağlı olduğu bildirilir.

Görüntüləri təqdim edirik.

 

Seçilən
66
nocomment.az

1Mənbələr