Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropaçempionatı davam edir.
Trend xəbər verirki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki boksçusunövbəti mərhələyə yüksəlib.
55 kiloqram çəki dərəcəsində Amin Məmmədzadə 1/8 finalda ispanFriha İsmail Maqraovi ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0(30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4finala vəsiqə qazanıb. O, növbəti döyüşünü gürcüstanlı QorAyvazyanla keçirəcək.
60 kiloqramda çıxış edən Tağı Nəsibov da ilk görüşündə qalibolub. Təmsilçimiz polşalı Yakub Krzpyeti 4:1 (29:28, 28:29, 29:28,30:27, 29:28) hesabı ilə üstələyib. Nəsibov növbəti mərhələdəirlandiyalı Qavin Ryanla üz-üzə gələcək.
Tağı Nəsibov yarımfinal uğrunda sabah, Amin Məmmədzadə isənoyabrın 26-da rinqə çıxacaq.
Avropa çempionatı noyabrın 29-da başa çatacaq.