“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo "Whoop" şirkətinin apardığı araşdırmaya əsasən, 40 yaşına baxmayaraq bioloji yaşının 28 olduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu barədə "X" sosial şəbəkə hesabında yazıb:
“Məlumatlar yalan danışmır”.
Bu mövsüm Ronaldo klub və millidə 17 oyuna çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə edib. “Əl-Nəsr”də 2023-cü ildən çıxış edən ulduz daha çox “Mançester Yunayted” və “Real”dakı çıxışları ilə tanınır. Beş dəfə “Qızıl Top” mükafatına layiq görülmüş portuqaliyalı futbolçu futbol tarixində öz yerini möhkəm tutub.