AZ

Azərbaycanla sərhəd rayonda yanğın - VİDEO

Musavat.com xəbər verir ki, Gegarkunikdə ötən həftənin sonunda başlayan güclü meşə yanğını sürətlə genişlənərək Tavuş bölgəsinə də keçib.

Sosial şəbəkələrdə yayılan kadrlarda fəlakətin miqyası açıq şəkildə görünür: böyük meşə sahələri alov içindədir, qalın tüstü isə bütün ərazini örtüb.

Tavuşda yanğının daha bir ocağı Dilijаn yaxınlığında — tunelə bitişik zonada qeydə alınıb. Eyni zamanda Ovk və Yenokavan kəndləri istiqamətində də yeni alovlanma halları müşahidə olunur.

Sputnik Ermənistanın məlumatına görə, Gegarkunikdə alov artıq Ayqut kəndinə qədər irəliləyib. Hadisə yerinə helikopterlər cəlb edilib və söndürmə işləri çətin relyef səbəbindən davam etməkdədir.

 

Musavat.com

Seçilən
66
1
musavat.com

2Mənbələr