AZ

“Komо” “Torino”nu darmadağın etdi

Seriya A-nın 12-ci turunun sonuncudan bir əvvəlki oyununda “Torino” evdə “Komо”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, oyun ilk yarının sonuna doğru gərgin anlarla yadda qaldı. Adrien Tamez əla fürsəti boşa verdi, topu heç yerə göndərdi. Ardınca Kristian Aslani uzaqdan zərbə vurdu, lakin qapıya dəymədi.

Qonaqlar isə hücumla cavab verdi və Jayden Addai hesabı açdı – 0:1. İlk yarının sonunda penalti təyin olundu və Nikola Vlašiç düzgün zərbə ilə hesabı bərabərləşdirdi – 1:1.

İkinci yarıda Addai uzaq zərbə ilə dubla imza atdı – 1:2. Daha sonra Hakobo Ramon başla qol vurdu, beş dəqiqə sonra Nikolas Pas fərqi artırdı – 1:4. Oyunun sonunda Martin Baturina əks-hücumdan hesabı tamamladı – 1:5.

Bu qələbədən sonra “Komо” 6-cı pilləyə yüksəldi, “Torino” isə 11-ci sıranı bölüşür.

Seçilən
184
90deqiqe.az

1Mənbələr