AZ

“Formula-1” ulduzlarına qeyri-adi sürpriz — Çəhrayı Cadillac...

Musavat.com xəbər verir ki, Las-Veqas Qran-prisində mövsümün ən qeyri-adi anlarından biri yaşanıb.

Qalib pilotlar podiuma LEGO tərəfindən hazırlanmış tamölçülü çəhrayı Cadillac ilə gətirilib.

LEGO-nun hazırladığı bu avtomobil həqiqətən heyrətamizdir:

— 418 min hissədən yığılıb,
— təxminən iki ton ağırlığındadır,
— 1950-ci illərin Cadillac Fleetwood Sixty Special modelinin tam funksional versiyasıdır.

Avtomobilin işlək faraları, dönmə işıqları və saatda 20 km/saat sürətə çatan elektrik ötürücüsü var.

Bellagio otelinin qarşısından podiuma doğru irəliləyən bu unikallıqda Maks Ferstappen, Lando Norris və Corc Rassell əyləşib. LEGO bildirir ki, avtomobil onların fabriki tərəfindən xüsusi olaraq Las-Veqas Qran-prisi üçün hazırlanıb. 

 

Musavat.com

Seçilən
117
musavat.com

1Mənbələr