Dünyanın ən yaxşı futbolçularından biri olan Kristianu Ronaldu yenidən gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, "Whoop fitnes" trekeri ilə aparılan ölçümlər portuqaliyalı ulduzun bioloji yaşının 28,9 olduğunu üzə çıxarıb. Bu, onun faktiki 40 yaşından təxminən 11 yaş daha gənc fizioloji durumda olduğunu göstərir.
Açıqlanan məlumatlara görə:
- Ronaldunun bioloji yaşı 28,9 olaraq qeydə alınıb;
- Bədənində iltihab səviyyəsi çox aşağıdır, bu isə daha sağlam orqanizm deməkdir;
- Oksigen çatdırılması yüksəkdir, bu da sürətli bərpa və sabit idman performansı yaradır;
- Hemoglobin və şəkər dəyərləri ideal səviyyədədir.
Ronaldu zarafatla deyib ki, bu nəticə “ən azı daha 10 il oynaya biləcəyini göstərir”.