Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə fransalıhəmkarı Jan-Noel Barro ilə danışıqlar aparmaq üçün Parisə səfəredəcək.
Trend xəbər verirki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiaçıqlayıb.
Səfərin fransalı nazirin dəvəti ilə baş tutacağı bildirilib.Gündəmdə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbusmübadiləsi məsələləri olacaq.