AZ

Neymardan “Santos”a bəd xəbər

Braziliya Seriya A-sının 35-ci turu çərçivəsində “Santos” – “İnternasional” oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, görüşdə birincilərin ulduzu hücumçusu Neymar iştirak etməyəcək. Bu barədə “Globo Esporte” məlumat yayıb.

33 yaşlı futbolçu “Mirasol”la son matçda sol dizində narahatlıq hiss edib. Məşqçi heyəti oyunçunu növbəti tur üçün istirahət etməyə qərar verib ki, o, “Santos”un “Sport Resifi” ilə qarşılaşmasına hazır olsun.

“İnternasional”la matç “Santos” üçün böyük əhəmiyyət kəsb edir, çünki komanda turnir cədvəlində 37 xalla 17-ci yerdə, yəni düşmə zonasındadır. rəqib isə 40 xalla 15-ci sıradadır.

Seçilən
76
publika.az

1Mənbələr