AZ

Ağ Ev: Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin Vaşinqton NATO-ya silah göndərir.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.

O, həmçinin ABŞ tərəfinin bunu daimi olaraq edə bilməyəcəyini vurğulayıb.

"Prezident Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb, lakin ABŞ hələ də NATO-ya xeyli miqdarda silah göndərir və satır. Lakin biz bunu daimi olaraq edə bilmərik. Və prezident bu müharibənin bitməsini istəyir", - Livitt qeyd edib.

O, Trampın Ukraynadakı müharibənin sona çatması ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına ümidli və nikbin olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
apa.az

4Mənbələr